Azərbaycan-Rusiya sərhədində bu maşınların hərəkəti dayandırılır - XƏBƏRDARLIQ
Azərbaycan-Rusiya sərhədində yerləşən "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar iriqabaritli yük maşınları üçün sərhəddə hərəkət dayandırılacaq.
Mynews.az " RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, buna səbəb yük maşınlarının hərəkəti üçün alternativ marşrutun olmamasıdır.
"Yaraq-Qazmalar" keçidi yük maşınları üçün yeganə buraxılış məntəqəsidir. Ehtiyat variantı kimi yük maşınlarının "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsindən hərəkət etməsi təklif olunur. Ancaq burada müəyyən problemlər mövcuddur və "Qafqaz" federal trasına qədər yol yoxdur.
Yeni körpünün inşasına yaxın zamanlarda başlanılacaq. "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsini federal trasla birləşdirəcək yolun tikintisi bu ilə planlaşdırılıb. Problemin həlli yolu kimi asfaltlanmamış yolun tikintisi təklif edilir. Bunun üçün də iki ölkənin sərhədində nəqliyyat kollapsın yaranması ehtimalı aktual olaraq qalacaq.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 968 dəfə oxunub
- Emin Ağalarov söz verdi 968 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 966 dəfə oxunub