Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kolumbiyada təyyarə qəzası - Ölənlər var

Kolumbiya prezidenti Xuan Manuel Santos təyyarə qəzasında hərbçilərin öldüyünü bəyan edib. 

Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

“Kundinamarkda Kolumbiya ordusunun təyyarəsi qəzaya uğrayıb, nəticədə səkkiz nəfər həyatını itirib. Onların qohumlarının dərdinə şərikik”, - Santos “Twitter”də yazıb. 

İlkin məlumata görə, “Cessna Caravan” təyyarəsi Tolima departamentinin hərbi bazasından səmaya qalxıb və paytaxtdan şimal istiqamətində hərəkət edib. 

Təyyarənin telekommunikasiya antenasına çırpıla biləcəyi ehtimal edilir, bu barədə “Tiempo” portalı məlumat yayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...