Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərhədi pozan silahlı şəxs zərərsizləşdirildi

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...