Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücü avtobusu 130 km/saat sürətlə idarə edir - VİDEO

Şəhərlərarası sərnişin daşıma ilə məşğul olan sürücü avtobusu saatda 130 kilometr sürətlə idarə edir. Özü də içində sərnişinlər ola-ola.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Gəncə-Yevlax yolunda avtobusun arxasından hərəkət edən minik maşınından çəkilib.

Bakı-Qazax marşurtu üzrə hərəkət edən 85 CO 296 dövlət qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü sürət həddini aşır və yol hərəkəti qaydalarını pozur.
Bəs məsuliyyətsizliyinin nəticəsini düşünməyən bu sürücünü hansı cəza gözləyir? Yol hərəkəti haqqında qanuna görə o, 50 manat və 2 cərimə balı ilə cəzalandırılmalıdır.
Məlum olub ki, həmin avtobus Bakı Beynəlxalaq Avtovağzalından Qazaxa hərəkət edib. Avtobusu idarə edən sürücü ''Uğurlu yol'' şirkəti ilə müqavilə əsasında çalışır. Ancaq şirkətin nümayəndəsi Əziz Əzizov iddialarla razılaşmayaraq bildirib ki, görüntülərdə avtobus deyildiyi sürətlə hərəkət etmir. Çünki avtobusların saatda 100 kilometr sürətdən artıq hərəkət etməsinə blok qoyulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...