Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə ağır yol qəzası: - Yaralananlar var

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Amin Nüsrət oğlu Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü İsa Əli oğlu Verdiyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə toqquşub.

Avtomobillərin toqquşması nəticəsində dörd nəfər yaralanıb.

Yaralılar:

Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü İsa Əli oğlu Verdiyev;

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Amin Nüsrət oğlu Əliyev;

Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü İlqar Məhəmməd oğlu Verdiyev;

Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Xasməmməd oğlu Salmanovdur.

Onlardan üçü Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, digərinin vəziyyəti ağır olduğundan Gəncədəki özəl xəstəxanaların birinə aparılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...