Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Masallıda qadın evində ölü tapıldı

Masallıda qadın evində öldürülüb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, rayonun Ərkivan qəsəbəsində Gülgəz İsmayılovanın üzərində zorakılıq əlamətləri olan cəsədi evində aşkarlanıb.

Ərkivan kənd sakinlərinin aznews-a verdiyi məlumata görə, Gülgəz İsmayılova tək yaşayırmış. Sakinlər qeyd ediblər ki, mərhum səhər saatlarında namaz qılmağa durarkən evində yıxılıb:

“Yıxılıb, başı çarpayıya dəyib. 74 yaşı var, yaşlı qadındır. Övladları hamısı ailəlidir. Onlar Gülgəz İsmayılovadan ayrı yaşayır. Hüquq-mühafizə orqanları araşdırma aparır”.

Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...