Şirvanda narkobaron ailə həbs olundu
Şirvanda heroinin satışı ilə məşğul olan ata, oğul və qadın saxlanılıb.
Mynews.az-ın verdiyi məlumata görə, Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri çərçivəsində Şirvan sakini, 1 may küçəsi 14 ünvanında yaşayan, əvvəllər narkotik vasitələrinin satışına görə məhkum olunan 1972-ci il təvəllüdlü Ağami Seyidsadiq Mirmehdi oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 2 bükümdə olan ümumi çəkisi 1,002 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Keçirilən əməliyyatın davamı olaraq digər əməliyyat tədbiri zamanı yuxarıda adı çəkilən şəxsin oğlu - Şirvan sakini, 1 may küçəsi 12 ünvanında yaşayan Ağami Seyidrza Seyidsadiq oğlunun nikahdankənar yaşadığı Mehriban Səmədovaya məxsus evdən 1 ədəd polietilen bükümdə 21,115 qram və 7 ədəd polietilen bükümdə 3,502 qram, ümumi çəkisi 24, 617 qram olan narkotik vasitə olan heroin, bir ədəd bıçaq və bir ədəd tərəzi aşkar olunaraq götürülüb. Seyidrza Ağami narkotik vasitə olan heroini istintaqa məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.
Hər üç şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
APA
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 917 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 552 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 551 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 199 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 195 dəfə oxunub