Məşhur həkimin oğlu qəzada öldü - Daha bir "Porsche" faciəsi - FOTOLAR
Mayın 5-də saat 23 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobilin iştirakı ilə baş verən qəza zamanı ölən şəxs məşhur həkimin oğludur.
Mynews.az bakipost.az-a istinadən xəbər verir ki, qəza nəticəsində ölən sürücü Zakir Qəhrəmanov "Nərgiz" klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur. Bildirilir ki, onun 3 mərasimi mayın 8-də Heydər məscidində olacaq.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Zakir Qəhrəmanov idarə etdiyi "Porsche" markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Hadisə nəticəsində Z.Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər.
Sürücü orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, mayın 3-də "Porsche" ilə daha bir faciəvi yol-nəqliyyat hadisəsi baş vermişdi. Belə ki, 16 yaşlı Ağaəli Fərəcli 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq, qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. A.Fərəcli saxlanılıb.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 916 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 908 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 907 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 904 dəfə oxunub