Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərnişin avtobusda bıçaqlandı - Bakıda

Bakıda sərnişin avtobusda əyləşmək istədiyi yer üstündə mübahisə edərkən bıçaqlanıb.

Mynews.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1990-ci il təvəllüdlü Məmmədov Elvin Məhəmməd oğlu 199 saylı marşut avtobusunda əyləşmək üstündə tanımadığı sərnişinlə mübahisə edib. E.Məmmədov mübahisə zamanı sağrı nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...