Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Məsuliyyət daşıdığımı bilmirdim" - Narkotik əkib-becərən şəxs - VİDEO

Polisin keçirdiyi əməliyyat nəticəsində Qaxın Almalı kənd sakini Süleyman Süleymanov, Balakənin Mahamalar kənd sakinləri-İsa Muradov və Abdulla Osmanov saxlanılıblar.

Mynews.az ARB Şəki-yə istinadla xəbər verir ki, onların Əlibəyli kəndi ərazisində, meşə sahəsində xüsusi qaydada əkdikləri 130 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilərək götürülüb.

Üzərlərinə baxış zamanı İsa Muradovun çantasından 0.92 qram, cibindən isə 7.30 qram qurudulmuş marixuana da aşkarlanıb. Abdulla Osmanovun üzərindən isə beş barmaq götürülüb.

Abdulla Osmanov - Saxlanılan şəxs: "Parkda gəzəndə tapmışdım. Məsuliyyət daşıdığımı bilmirdim".

Saxlanılanların ilkin ifadələri zamanı bəlli olub ki, çətənə kollarını onlar bir həftə öncə həmin ərazidə əkiblər. Abdulla Osmanov və Süleyman Süleymanov əvvəllər də məhkum olunublar.

Milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...