Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib - VİDEO

Bakıda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib.

Mynews.az xezerxeber.az-a istinadən xəbər verir ki, həmin şəxslər bir mikrorayon ərazisində 5 ay müddətində 15-dən çox avtomobildən eyni üsulla oğurluq ediblər. 

İşin istintaqını aparan müstəntiq Mehman Ələsgərovun sözlərinə görə, Eldar Balışov, Nicat Ələkbərov və Ramin Cəbrayılov yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində avtomobillərdən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon və tütün məmulatı oğurlayıblar.
Əldə olunan qiymətli əşyaları isə satıb 3 nəfər arasında bölüblər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Oxu.az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...