Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda müəllim dərs vaxtı insult keçirdi - VİDEO

Qaxda müəllim dünyasını dəyişib. 

Mynews.az ARB Şəki-yə istinadla xəbər verir ki, Qax rayonu Turaclı kənd sakini 51 yaşlı Babayeva Gülxar Nadir qızı Turaclı kənd məktəbində dərs keçdiyi vaxt halı pisləşib. Onu dərhal təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Babayeva Gülxar təqribən bir saatdan sonra vəfat edib. 

Xəstəxanadan verilən məlumata görə, ilkin ehtimala əsasən xəstə insultdan dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...