Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda baş redaktor tutuldu - RƏSMİ XƏBƏR

Vətəndaşdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru Etibar Əliyev tutulub. 

Mynews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...