Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yevlaxda dəhşətli qəza - 6 nəfər ölüb – YENİLƏNİB + FOTO

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

Mynews.az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub. 

Ölənlərdən üçü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub. 

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

21:13

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

     

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...