Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“WhatsApp”da tanış olduqları qadını soydular - VİDEO

Pivəsinə dərman qatıb evi soydu  

Azərbaycanlı qadınlar “WhatsApp”da tanış olduqları Türkiyə vətəndaşını qarət ediblər.   

ARB TV-nin verdiyi məlumata görə, bu barədə zərərçəkmiş Yıldız Sürəyya Ziyan Nərimanov rayon 18-ci polis idarəsinə şikayət edib.   

O, polisə ifadəsində evindən 500 ABŞ dolları, 150 AZN və 2 mobil telefonunun oğurlandığını bildirib. Həyata keçirilmiş əməliyyat axtarışları nəticəsinə cinayət hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıb.   

Saxlanılan şəxslər hadisə günü Türkiyə vətəndaşının mənzilində əvvəlcə spirtli içki qəbul ediblər. Bu zaman Məftunə Mehdiyeva Yıldız Sürəyyanın içkisinə yuxu dərmanı qatıb. Ev sahibi yuxuya getdikdən sonra isə evi soyublar.  

Məftunə Mehdiyeva ifadəsində Türkiyə vətəndaşı ilə “WhatsApp”da tanış olduğunu bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...