Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İçkili idim, elə bildim hadisə olub" - Velosiped oğrusu saxlanıldı - VİDEO

Xaçmaz şəhər sakini Zaur Zeynalov polisə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 31 ədəd toyuğun oğurlandığını bildirib.

Həmin gün Xaçmaz rayonu köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velospiedi oğurlanıb.

Hər iki fakt üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin köhnə Xaçmaz sakini Nəbiyev Asəf Bəybala oğlu tərəfindən törədildiyi müəyyənləşib.

Asəf Nəbiyev – Saxlanılan şəxs: “İçkili vəziyyətdə idim. Elə bildim nəsə hadisə olub, gördüm ki, olmayıb. Velosiped var idi. Götürdüm, satdım”.

Xaçmaz polisinin keçirdiyi digər əməliyyat nəticəsində şəhər sakini Dəyanət Tağıyevə məxsus mağazadan 600 manat dəyərindən istilik sistemləri oğurlayan 2 nəfər də saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...