Yuxarı vəzifəyə təyin ediləcəyini bilə-bilə özünü öldürdü - YENİ FAKTLAR
Bir neçə gün əvvəl 30 yaşlı Elgün Əsədovun Xətai rayonu Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.
Mynews.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, SOCAR-da geofizika mühəndisi kimi çalışan E.Əsədov hadisədən 3 gün sonra yüksək dərəcə verilməklə, daha yuxarı vəzifəyə təyin olunacaqmış. Bu barədə onun atasının da məlumatı olub və oğluna işinin dəyişdiriləcəyini deyib.
Lakin xeyli vaxtdır depressiyada olan Elgün bu xəbərdən sevinməyib. O, həyat yoldaşı və uşağını bəhanə ilə rayona yola salaraq intihar planı qurub. Hadisə baş verən gün isə Elgün Əsədov bacısı ilə telefonla danışıb və bacısı onun əhvalnın qaydasında olmadığını hiss edib. Bacısı dərhal onun Əhmədlidəki evinə gedib və söhbət etməyə çalışıb. Lakin Elgün fikrindən dönməyib və özünü 16-cı mərtəbədən atıb: "Mənlə danışmazdan bir neçə dəqiqə əvvəl atamla danışıb, deyib özümü öldürəcəm. Mənə də dedi, kimsə gəlsə, qapını açmayacam" - deyə Elgünün bacısı hadisə günündən danışır.
Bildirilir ki, borcu olsa da, onun intiharına sırf psixoloji amillər səbəb olub.
Ailə üzvləri bildiriblər ki, Elgün Əsədov həyatından şikayətlənirmiş, ölkədən çıxıb getmək istədiyini, ümumiyyətlə yaşamaq istəmədiyini deyirmiş.
Qeyd edək ki, E.Əsədov Bakı Dövlət Universitetinin Geologiya Fakültəsinin məzunu olub.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 906 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 590 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 582 dəfə oxunub