Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qadın ərini küçədə döydü - VİDEO

Ötən gün metronun "Koroğlu" stansiyasının çıxışında xoşagəlməz hadisə yaşanıb.

Mynews.az xəbər verir ki, ərlə arvad hər kəsin gözü önündə əlbəyaxa davaya çıxıblar.

Hadisənin canlı şahidi bildirib ki, valideynlərin bu davasını azyaşlı uşaqları göz yaşları içində izləyiblər.

Onlar bir-birini yumruqlamaqla yanaşı, təhqirdən də çəkinməyiblər. Maraqlıdır ki, bu davada ən çox zərərçəkən şəxs arvad yox, evin kişisi olub. Qadın tərəfindən ciddi fiziki təzyiqə məruz qalan kişi, uşağının da arvadı tərəfindən küçə ortasında döyülməsini, sadəcə, izləməklə kifayətlənib.

Cütlük sonda heç nə olmamış kimi sözügedən ərazidə marşruta əyləşiblər.

Videonu təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...