Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda metronun qarşısında faciə: Yıxılıb öldü - FOTO

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.

Mynews.az xəbər verir ki, saat 9:30 radələrində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - metronun "Nizami” stansiyasının yaxınlığında 55-60 yaşlı kişi qəfil yıxılıb. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, həmin şəxs artıq keçinib.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1958-ci il təvəllüdlü İmanov Fəxrəddin Fəyyaz oğludur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı ilk məlumatı cebhe.info saytı yayıb


 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...