Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu
Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimov Vüqar Zahiroviçin 2016-cı ilin oktyabrında rayonun Çiləgir kənd sakini Güləliyev Fərrux Narif oğluna məxsus mağazadan 400 manat məbləğində müxtəlif adlı siqaret oğurladığı aşkarlanıb.
Onun tanışı Cavadov Tural Dəstəbək oğlu ilə birlikdə 2017-ci il fevralın 15-18-də Qusar şəhər sakini Qədirov Abubəkir Hacı oğluna məxsus yaşayış evindən oğurluq etdiyi müəyyənləşib. İki dost evdən hər birinin dəyəri 800 manat olan 3 ədəd "Sony" markalı televizor, iki ədəd ümumi dəyəri 800 manat olan planşet, qiyməti 250 manat olan "playstation" oyun modemi və disklərini, qiyməti 200 manat olan gitara, 50 manat dəyərində bir qulaqcıq, 100 manatlıq səs gücləndirici aparat, hər birinin dəyəri 50 manat olan 2 ədəd suvenir xəncər və bıçaq, digər ev əşyalarını oğurlayıblar. Ümumilikdə iki dost A. Qədirovun evindən 4330 manat dəyərində ev əşyalarını oğurlayıblar.
Sonra V. Zahiroviç T. Cavadov və Vəlibəyov Murad Yavəroviçlə əlbir olaraq bu il martın 17-də rayonun Gədəzeyxur kənd sakini Cəbrayılov Habil Novruzəli oğluna məxsus yaşayış evinin qarşısında olan 38 BD 139 dövlət nömrə nişanlı "Qazel" markalı maşını qaçırıblar.
Martın 19-da V. Zahiroviç T. Cavadovla birlikdə Qusar şəhər sakini Əmrahov Eldar Balamət oğluna məxsus evdən ümumi dəyəri 2370 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar. Onlar oğurladıqları əşyaları aparmaq məqsədilə Qusar şəhər sakini Əliyarov Azad Yunus oğluna məxsus 10 EX 656 dövlət qeydiyyatlı "Qaz 3110" markalı maşını qanunsuz ələ keçiriblər.
Faktla bağlı Qusar rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1108 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1095 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1095 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1092 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 991 dəfə oxunub