Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! Qaradağda metaləritmə sexi yandı - YARALILAR VAR

Bakıda metaləritmə sexində yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Mynews.az
 FHN-nin saytına istinadən xəbır verir ki, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexində baş verib. Nəticədə sexin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...