Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtomobil evakuatordan belə aşdı - FOTO

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri Rəhim Cabbar oğlu Məcidovun idarə etdiyi “VAZ-21015” və Hümbət Mikayıl oğlu Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları gəliblər. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və yararsız hala düşən avtomobillər evakuasiya edilib. Cərimə meydançasına aparılan zaman “VAZ-2106” markalı avtomobil evakuatordan aşıb. Hadisə evakuatorun sürücüsünün təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...