Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bilgəhdəki güllələnmə ilə bağlı - YENİ FAKTLAR - SƏBƏB PUL OLUB

Dünən Bakı şəhərinin Bilgəh qəsəbəsində baş vermiş güllələnmənin təfərrüatı məlum olub.

Mynews.az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini 35 yaşlı Ramid Rəhimovun güllələdiyi 41 yaşlı Tərlan Dadaşov onun qohumu olub. Belə ki, Tərlan bir müddət əvvəl Ramiddən 3 min manat borc pul alıb. Lakin o, pulu vəd etdiyi vaxtda geri qaytarmayıb. Maddi vəziyyəti pisləşən Ramid Rəhimov isə pulu növbəti dəfə geri almağa çalışıb və bu zaman onlar arasında dava-dalaş olub.

Daha sonra 35 yaşlı Ramid Rəhimov kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəngi götürərək qohumunu öldürməyə gedib. Ramid Tərlanın baş nahiyəsinə atəş açsa da, güllə onun boyun nahiyəsinə dəyib.

Qeyd edək ki, T.Dadaşov əvvəllər məhkumluq həyatı yaşayıb. R.Rəhimov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...