14 yaşlı qıza göz dikən seksual manyaklara - AĞIR CƏZA
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Nəcməddin İmanov və 1982-ci il təvəllüdlü Rəşad Cəfərov cinayət işi üzrə məhkəmə başa çatıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslərə sanksiyada olan ən ağır cəza- 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində Neft Mədənləri adlanan yerə yaxın yaşayış binasında baş verib.
Nəcməddin İmanov və Rəşad Cəfərov həmin binada yaşayan 14 yaşlı Nigarı (ad şərtidir) bloka salaraq seksual xarakterli hərəkətlər ediblər. Məsələdən xəbərdar olan valideynlər polisə şikayət ediblər. Valideynlərin şikayəti əsasında hər iki şəxsi müəyyən edilərək həbs edilib.
Onlara Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə bağlı ittiham verilib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 911 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 0 dəfə oxunub