Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qonşular arasında dava: 35 yaşlı kişi xəstəxanalıq olub

Bakıda qonşular arasında dava tərəflərdən birinin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.

Mynews.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qobustan qəsəbəsində 1982-ci il təvəllüdlü Niftəliyev Elmar Zümrüdpaşa oğlu qonşusu (hələlik adı açıqlanmır) tərəfindən döyülüb. Nəticədə o, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...