Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lapşinin istintaqı yekunlaşıb

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Mynews.az xəbər verir ki, bu barədə APA-ya vəkil Eduard Çernin məlumat verib. 

Vəkil bildirib ki, işlə tanış olduqdan sonra baxılmaq üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...