Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb

Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb.

Mynews.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb. 

Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb. 

Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...