Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtoyuma işçisi oraya gələn “Priora”nı qaçırıb

Avtoyuma məntəqəsindən avtomobil qaçırılıb.

Mynews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə mayın 23-də Sabunçu rayonunda Bakıxanov qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqələrinin birində baş verib.

Avtoyuma məntəqəsinin işçisi, Bakı şəhər sakini Saleh Həmidli oraya gələn qəsəbə sakini Mayis Məmmədova məxsus “Priora” markalı avtomobili qaçırıb. 

O, avtomobili qəsəbə ərazisində idarə edərkən maneəyə vurub, xəsarət alan olmayıb.

S.Həmidli Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...