Borc üstündə iş yoldaşını güllələdi - "1-2 dənə sillə atdı mənə" - VİDEO
Bir neçə gün öncə paytaxtda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Ramid Rəhimov - Saxlanılan şəxs: "Səhər zəng elədi mənə, təhqir elədi məni. Dedim gəl haqq-hesabımızı edək, görək kimin kimə nə borcu var. Gəldi, söhbətimizi elədik, təhqir elədi məni, 1-2 dənə sillə atdı mənə. Mən də girdim evə, hamamda gizlətmişdim. Atam rəhmətlikdən qalmışdı. Pəncərədən bir güllə atdım buna. Dəyməyinə əmin olmadığım üçün pəncərədən düşdüm, gördüm ki, əlini tutub boğazına, əli qanlı qaça-qaça gedir. Neçə illərdir bir yerdə işləyirik, onun mənə 3 min borcu var idi".
Hadisə barədə məlumat daxil olan kimi Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bilgəh qəsəbə sakini Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub