Azərbaycanda məktəbdə "Son zəng" faciəsi - 17 yaşlı oğlan öldürüldü - TƏFƏRRÜAT
Dünən Masallı rayonu Boradigah qəsəbəsi Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.
Mynews.az Lent.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə orta məktəbdə şagirdlərin "Son zəng" tədbirinə hazırlıq görməsi zamanı baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğlu məktəbi 9-cu sinifdən bitirsə də "Son zəng" tədbirinə hazırlıq məqsədi ilə sinif yoldaşlarının yanına gəlib. Məktəbdə şagirdlər arasında olarkən onunla orta məktəbi keçən il bitirmiş Həsənağa Həsənov arasında münaqişə yaranıb. Münaqişə zəminində H.Həsənov Kənanı vurub və 17 yaşlı oğlan yerə yıxılıb. Bu zaman o, huşunu itirib və başından aldığı ağır xəsarət nəticəsində vəfat edib.
Artıq 17 yaşlı Kənan bu gün qəsəbə məzarlığında dəfn edilib. Maraqlıdır ki, dalaşan gənclər uzaq qohumdurlar. Onların babaları dayıoğlu-bibioğludur. H.Həsənov artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 578 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 566 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 562 dəfə oxunub