Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəzada 7 nəfər xəsarət aldı - VİDEO

Üç azyaşlı və iki qadın da daxil olmaqla yaralılar deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

Belə ki, "42-ZA-220" dövlət seriya nişanlı, "VAZ-2106" markalı avtomobil "99-DK-328" dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2106"da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir.

Hadisə zamanı həmçinin "Opel" markalı avtomobilin sürücüsü də yaralanıb.

Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...