Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda polis avtomobili ilə “Porsche” toqquşub - Ölən var -VİDEO YENİLƏNİB

Bakıda dəhşətli qəzada ölən polisin adı məlum olub.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, “Porsche Cayenne” markalı, 10 VV 155 dövlət qeydiyyat nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Zeynallı Emil Adil oğlu olub.

Bildirilir ki, E.Zeynallı polis avtomobilini idarə edərkən “Porsche” yüksək sürətlə arxadan çırpılıb. Zərbənin gücündən o, avtomobilin ön şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib.

Qəzadan sonra “Porsche”ni idarə edən şəxs xəstəxanaya aparılıb.

 

 

 

 

11:46

Bakıda polis avtomobili minik avtomobili ilə toqquşub.

Mynews.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. 

Səbail Rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı avtomaşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, qəzanın görüntülərini Orxan Kərimov adlı “Facebook” istifadəçisi öz səhifəsində paylaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...