Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Astarada məkltəbli kafedə ofisiantı bıçaqladı

Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.

Mynews.az-ın report-a istinadən məlumatına görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib.

Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən  bir neçə bıçaq zərbəsi alıb. 

Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan report-a verilən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub. 

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb. 

Faktala bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...