Sərnişin qapısı açıq avtobusdan yıxılıb ölüb? - Rəsmi AÇIQLAMA
Bakı Nəqliyyat Agentliyi mayın 28-də 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mynews.az xəbər verir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, məlumat əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb. 81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 Dövlət Qeydiyyat Nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb: "Həmin izahatlara əsasən, sərnişin C.Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib və sərnişin xəstəxanaya çatdırılıb. Sürücü C.Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Ümumiyyətlə isə avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub".
Hazırda faktla bağlı Nizami Rayon Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin əsl baş vermə səbəbi də yalnız bundan sonra məlum olacaq.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1003 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub