Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda küçədən çılpaq tapılan 5 yaşlı qız QİÇS xəstəsidir? - AÇIQLAMA - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Uşaqlar Birliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir) QİÇS xəstəliyinin aşkarlanmasına aydınlıq gətirib.

Mynews.az xəbər verir ki, birliyin sədr müavini Vasif Akifli aznews.az-a açıqlamasında bildirib ki, 5 yaşlı Yağmurda QİÇS xəstəliyinin olması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

"Yağmur hazırda bizim sığınacaqdadır. Onunla bağlı məhkəmə tibbi ekspertizaları keçirilib. Yağmurda heç bir xəstəlik aşkarlanmayıb. Uşaq sağlamdır."

Vasif Akifli qeyd edib ki, uşaq anası tərəfindən hansısa cinsi zorakılığa sövq olunması ehtimal oluna bilər: "Biz yalnız onun fiziki zorakılığa məruz qalması ilə bağlı məhkəmə tibbi ekspertizadan keçirmişik."

Ötən ay Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmur (ad şərtidir) ilə bağlı dəhşətli faktlar üzə çıxıb. Criminal.az yazır ki, anası tərəfindən atılmış balaca uşaq cinsi zorakılığa məruz qalmaqla yanaşı, onda QİÇS xəstəliyi də aşkarlanıb. Zərərçəkmiş uşaq özü də anası tərəfindən kişilərlə zorla münasibətə vadar edildiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.

13:20

Bir neçə gün əvvəl Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Nərgiz (ad şərtidir) ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Mynews.az criminal.az-a istinadən xəbər verir ki, anası tərəfindən atılmış balaca Nərgiz cinsi zorakılığa məruz qalmaqla yanaşı, onda QİÇS aşkarlanıb. Zərərçəkmiş uşaq özü də anası tərəfindən kişilərlə zorla münasibətə vadar edildiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır. 

Xatırladaq ki, Nərgizin valideynlərinin axtarışı ilə bağlı ilk olaraq "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan vermişdi. O, balaca qızın fotosunu paylaşaraq bildirmişdi: "Bu balaca uşağı sığınacağa polislər gətirib. Əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Çılpaq imiş. İkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Anasının adının Lamiyə, atasının adının Elnur olduğunu deyir. Uşaq atası tərəfindən dəfələrlə döyüldüyünü, sonda isə çılpaq vəziyyətdə küçəyə atıldığını deyir".

Uşağın anası da tapılandan sonra televiziya verilişində qızının doğma atasının kimliyi barədə də dəqiq məlumat verə bilməyib. Məlum olub ki, qadın Elnur adlı sevgilisi ilə birlikdə yaşayıb. Uşaq isə mütəmadi olaraq ananın sevgilisi tərəfindən fiziki təzyiqlərə məruz qalıb.  

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...