Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN polisin düşdüyü dəhşətli qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.   Mynews.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.   Səbail RPİ tərəfindən araşdırma aparılır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...