Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

26 yaşlı qadın uşaqlarını yastıqla boğub öldürdü - FOTOLAR

Türkiyədə 2 övladını boğan 26 yaşlı ana Xədicə Tiryaki həbs edilib.

Mynews.az-ın məlumatına görə, hadisə şənbə günü saat 22.00 radələrində 100 il məhəlləsi, 2165 -ci küçəsindəki 4 mərtəbəli binada baş verib.

İddialara görə, Xədicə Tiryaki 5 yaşlı oğlu Muhamməd və 6 aylıq qızı Rabianı yastıqla boğub, öldürüb. Xədicənin övladlarını öldürmə səbəbi hələlik məlum deyil.

Qadın uşaqlarını boğduqdan sonra qohumuna zəng edərək onları öldürdüyünü söyləyib. Evə gələn qohum polisə və həkimlərə xəbər verib. Ambulansla xəstəxanaya aparılan uşaqların boğulub, öldüyü dəqiqləşib.

Xədicə dərhal saxlanılıb. O, uşaqlarını boğub öldürdüyünü etiraf etsə də, bunun səbəbini polislərə deməyib.

O, məhkəmədən sonra həbsxanaya göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...