Ayselin faciəsi - toya az qalmış nişanlısı, indi özü qəzada öldü - FOTOLAR
Ötən gün Bakıda baş verən zəncirvari qəzada “Hyundai” avtomobilinin sürücüsü 32 yaşlı Aysel Quliyeva dünyasını dəyişib. Bakı məktəblərindən birində müəllimə işləyən Ayselin faciəli həyatının təfərrüatları məlum olub.
Belə ki, Quliyeva Aysel Ruslan qızı 1985-ci il, iyunun 11-də ermənilər tərəfindən işğal olunan Zəngilan rayonunda dünyaya gəlib. Rayonun işğalından sonra ailə məcburi köçkün kimi Bakıya gələrək Montin qəsəbəsində məskunlaşıb. Yaxınlarının sözlərinə görə, həyatındakı çətinliklərə baxmayaraq Aysel çox həyatsevər və nikbin qız idi.
Biologiya fakültəsini bitirən Aysel bir müddət məktəblərdə müəllim kimi çalışıb. Son illər isə 34 nömrəli məktəbdə dərs hissə müdiri işləyib. O, pedaqoji kollektivin və şagirdlərin sevimlisi olub.
Qısa həyatında Aysel faciə yaşayıb, toyuna az qalmış nişanlısı Moskva şəhərində avtomobil qəzasında dünyasını dəyişib. Sevdiyi insanın ölümü Aysel üçün çox böyük itki idi. Bundan sonra o özünü yaxınlarına və işinə həsr edib.
Ayselin yaxınlarının sözlərinə görə, iş yeri uzaq olduğuna görə avtomobil almışdı: “İşlədiyi məktəb Mehdiabad qəsəbəsində yerləşir. Ona Montin qəsəbəsindən Mehdiabada getmək çətin idi. Buna görə də maşın almalı oldu. Haradan bilərdik ki, belə olacaq?”, - deyə yaxınları bildirirlər.
Ayseli Günəşli qəbiristanlığında, nənəsi- tamınmış həkim Əfşan Quliyevanın yanında dəfn ediblər.
Xatırladaq ki, Aysel Sovet İttifaqı Qəhrəmanı Vəli Quliyevanın nəvəsidir. (Vesti.az)
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 985 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 958 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 947 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 947 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 944 dəfə oxunub