Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəhşətli intihar

Bakıda 49 yaşlı kişi intihar edib.

Mynews.az Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Azər Abdullayev yaşadığı evdə boyun nayihəsindəki arterial damarını kəsib.

Yaxınları onu xəstəxanaya çatdırsalar da, A.Abdullayev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.a

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...