Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qax sakini bədbəxt hadisə nəticəsində öldü

Qax rayonunda 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Mynews.az report-a istinadən xəbər verir ki, rayonun Əmircan kənd sakini, 1966-cı il təvəllüdlüMalik Ramazan oğlu Ramazanov yeni tikilməkdə olan evinin çardağında təmir apararkən yıxılıb. Yaxınları onu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan report-a verilən məlumata görə, M.Ramazanova qabırğaların çoxsaylı sınığı və travmatik şok diaqnozu qoyulub. Ağır yaralı xəstəxanaya gətirildikdən 2 saat sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...