Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməkdar artistin ailəsində FACİƏ - Oğlu sükan arxasında öldü - SON DƏQİQƏ

Əməkdar artistin oğlu vəfat edib Əməkdar artist, Gəncə Dövlət Teatrının aktyoru Salam İsmayılın oğlu dünyasını dəyişib.

Salam İsmayıl

Mynews.az xəbər verir ki, bu barədə yenicag.az-a aktyorun həmkarı və yaxın dostu, Əməkdar artist Novruz Cəfərov məlumat verib.

“Oğlunu itirməklə Salamın beli büküldü. Özü də elə faciəli ölümü Allah heç bir ataya göstərməsin. Azər cavan idi, amma səhhətində müəyyən problemlər vardı. Taksi sürücüsü kimi fəaliyyət göstərirdi. İşıqforun qırmızı işığında dayanıb, yaşıl işıq yanıb, avtomobili yerindən tərpənməyib. Ətrafdakılar siqnal versələr də, xeyri olmayıb. Gəlib baxıblar ki, yazıq keçinib. Problem ürəyində idi. İki azyaşlı övladını qoca atasının ümidinə qoyub getdi”.

Qeyd edək ki, S.İsmayıl “Yük”, “Cavadxan”, “Koroğlu” və digər filmlərdə də rol alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...