Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qubada “Qazel” aşdı - 11 nəfər yaralandı

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb.

İçərisində 11 nəfərin olduğu “Qazel” markalı avtomaşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 7-si ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Fakt araşdırılır.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...