Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yasamalda məcburi köçkünlərin yataqxanasında güclü yanğın - YENİLƏNİB - VİDEO - FOTOLAR

Yasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Mynews.az-ın bildirir ki, lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.

Yasamal İcra Hakimiyyətindən lent.az-a verilən məlumata görə, icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev və icra hakimiyyətinin qaçqınlarla iş üzrə sektor müdiri Bahadır Nurullayev hadisə yerinə gediblər.    

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı 5 nəfər tüstüdən boğulub. Onlardan 4 nəfərə elə yerindəcə ilkin yardım göstərilib, 1 nəfər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ona da tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da Yasamalda yanan yataqxananın ərazisinə yollanıb.  

O, yanan binanın sakinlərinin şikayətlərini dinləyir.

15:20

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1 ünvanında, məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Mynews.az xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməıkdaşının xəbərinə görə, yanğın binanın 3, 4 və 5-ci mərtəbələrini əhatə edir. 

Binanın bir bloku tamam yanıb. Yanğın yerinə dörd yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib. 

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...