Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda oğlanları ilə faciəvi qəzada ölən ananın son sözləri - ÜRƏK DAĞLADI

Hacıqabulda bir ailənin məhv olmasına səbəb olan ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Qəza nəticəsində dünyasını dəyişən ana və iki oğlu Ucar rayonunun, Müsüslü kənd sakinləridir.

Müsüslü kənd sakinlərinin sözlərinə görə, ana deyildiyi kimi ağır xəstə olmayıb, sadəcə səhhətində problemlər varmış:

“Oğlanları Bakıda işləyirmiş. Ailə də onlara gəzməyə gəlirmiş. Oğlan çörək maşını sürür. Onlar lap axşam saatlarında yola çıxıblar. Sən demə sürücü yatıbmış. Ana da oğlunun yuxulamağını hiss edib. Hacıqabula çatanda ana arxada oğlunu səslənib. Deyib ki, “Amil, can bala yatıbsan? Birdən yuxulayarsan ha.” Oğlundan səs çıxmadığını görən ana bir də səsləyib. Elə bu an yatan sürücü yuxudan ayılıb. Həmin anda idarəetməni itirib və maşın korpüdən düşüb. Ana və iki oğlu həmin anda ölüb. Maşında bir də 6 yaşında uşaq olub. Əmisi onu qucaqladığından uşaq sağ qalıb. Bir balaca qolu sıyrılıb.”

Xatırladaq ki, hadisə Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər, bir ana və iki oğlu ölüb, maşında olan 6 yaşlı uşaq isə xəsarət alıb. Qəza nəticəsində ölən və xəsarət alan şəxslərin Ucar rayonu, Müsüslü kənd sakinləri olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...