Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Natiq Əliyevin nəşi İstanbuldan Bakıya yola salındı

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Mynews.az xeber verir ki, APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun  "Florence Nightingale" xəstəxanasında vəfat edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...