Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Masallıda oğul arvadı ilə əlbir olaraq ata və anasını qətlə yetirib

Masallı rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Mynews.az Report-a istinadən məlumatına görə, insident rayonun Miyənkü kəndində qeydə alınıb.

Belə ki, Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı balta ilə qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb.

O, sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Lakin hüquq-mühafizə orqanları əməkdaşları A.Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Onların hər ikisi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...