Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş adamlarını aldatdığı üçün həbs edilən şəxs apellyasiya şikayəti verib

Bakıda iş adamlarına qarşı dələduzluqda təqsirləndirilən Arzuman Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şikayətə iyunun 14-də, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq

İttihama görə, A.Əliyev iş adamı Rüfət Vəliyevi SOCAR-ın Hüquq Departamentində şöbə müdiri təyin etdirmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona külli  miqdarda ziyan vurub. 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus külli  miqdarda əmlakı mənimsəyərək talan edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...