Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnternetdə tanış olduğu şəxs başına oyun açdı - BAKIDA QULDURLUQ

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Xəzər rayon Binə qəsəbə sakini, İbadov Şamxal Ariz oğlu polisə müraciət edərək bildirib ki, tanımadığı şəxsin hücumuna məruz qalıb. Şikayətçinin sözlərinə görə, özünə məxsus “Canon” markalı fotoaparatı internet vasitəsi ilə satmağa çalışıb. Bu zaman Qala qəsəbəsində yaşayan və şəxsən tanımadığı şəxs onunla əlaqə yaradıb və Qalaya dəvət edib. Fotoaparatı satmaq üçün Qalaya gedən Şamxal burada həmin şəxsin silahlı hücumuna məruz qalıb. Naməlum şəxs soyuq silah qismində istifadə etdiyi bıçaqla Ş.İbadovu hədələyərək fotoaparatı, “LG” markalı telefonunu və 50 manat pulunu əlindən alıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...