Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda elektrik naqillərinə ilişən "Kamaz" külə döndü - VİDEO

İsmayıllıda elektrik naqillərinə ilişən "Kamaz" markalı yük maşını yanıb.

31 yaşlı Cümşüd Xurşudov idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə İsmayıllının Girk kəndinə ot aparırmış.
Ot bağlaması yüksək gərginlikli elektrik naqilinə ilişib, nəticədə yanğın baş verib. Sürücü canını son anda xilas edə bilib. "Kamaz" isə tamamilə yanıb.

Hadisə yerinə İsmayıllı və Göyçay rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb. Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...