Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

2 yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşdü

Tovuz rayonunda iki yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşüb.

Mynews.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. 
Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Səkinə Bəxtiyar qızı Əsgərova yaşadığı evdə ehtiyatsızlıq nəticəsində içərisi qaynar su ilə dolu olan qazanın içinə düşüb. 

Nəticədə yanıq xəsarətləri alan azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...